Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Xızı rayonunda uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilib

Tarix: 27-07-2023 20:03     Baxış: 2385 A- / A+




Bu gün AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində Xızı rayonunda uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilib.
Tədbirdə deputatlar, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, İlham Məmmədov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov,  Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Regional Təhsil İdarəsinin rəis müavini Coşqun Əliyev və rayon ictimayyətinin nümayəndələri  iştirak edib.
Tədbirdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxış edərək  Ümummilli lider, Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və dövlət quruculuğunda əvəzsiz rol oynadığını qeyd edib: "Hazırda bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir", M.Məmmədli vurğulayıb.
Qeyd edək ki, tədbirdə iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Nigar Nəriman
Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar