Sizin Reklam Burada
Xəbər lenti
08-02-2025
07-02-2025
BÜTÜN XƏBƏRLƏR

SOCAR prezidenti ilə Sərgən Yalçın hansı məsələlərdə anlaşa bilmirlər?

Tarix: 21-06-2023 10:49     Baxış: 3230 A- / A+
Türkiyənin tanınmış mütəxəssislərindən olan Sərgən Yalçının "Neftçi" ilə danışıqlar apardığı üçün Bakıya gəldiyi barədə məlumat vermişdik. 50 yaşlı məşqçi ötən gün "ağ-qaralar"ın Müşahidə Şurasının sədri, klubun baş sponsoru olan SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb.
Manevr.az-ın publika.az-a istinadən məlumatına görə, bir neçə saat davam edən müzakirələrdən sonra Sərgən Yalçın və Rövşən Nəcəf bir sıra məsələlərdə ortaq məxrəcə gəliblər. Ancaq danışıqları yekunlaşdırmaq mümkün olmayıb. Buna səbəb türkiyəli çalışdırıcının tələbləri olub.
Mütəxəssis Rövşən Nəcəfdən yüksək transfer büdcəsi və transfer siyasətində sərbəstlik istəyib. Onun bu təklifi elə də müsbət qarşılanmayıb. SOCAR rəhbəri ötən mövsüm yaşanan uğursuzluqdan sonra kluba şəxsən nəzarət edəcəyini bildirib. Yalçın "ağ-qaralar"la bağlı yeni layihənin uğurlu olması üçün bir neçə təklif də irəli sürüb. Bu təkliflərin böyük hissəsinə R.Nəcəf razılıq verməyib.
"Neftçi"nin sədrinin də Sərgən Yalçından bir neçə istəyi olub. O, türkiyəli məşqçinin qarşısına yerli gənc futbolçularla bağlı şərt qoyub. Rövşən Nəcəf mümkün olduğu qədər onlara şans verilməsini istəyib.
Danışıqlar zamanı 50 yaşlı məşqçinin "Neftçi"də alacağı maaşa da aydınlıq gəlib. "Ağ-qaralar" Yalçına illik 1 milyon dollar məvacib ödəyəcək. Sözləşmədə əlavə bonuslar da yer alacaq. Bu maddələr komanda çempion olacağı, avrokubokların qrup mərhələsinə vəsiqə əldə edəcəyi və ölkə kubokunu qazanacağı halda akivləşəcək.
Daha bir neçə məsələdə anlaşılmazlıq olub. Ancaq tərəflər bu gün yenidən bir araya gəlməklə bağlı qərar veriblər. Danışıqlar müsbət nəticələnərsə, bu axşama kimi "Neftçi" hazırkı baş məşqçisi Laurentsiu Regekampfla müqaviləyə birtərəfli şəkildə xitam verəcək və Sərgən Yalçının təyinatını açıqlayacaq.
Bu gün "ağ-qaralar" üçün olduqca hərəkətli gün olacaq. Çünki Rövşən Nəcəf klubun hazırkı rəhbərliyi barədə də qərar verəcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar