Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

3 il ərzində 25 milyon dollar - Messinin Səudiyyə Ərəbistana getmə səbəbi məlum oldu

Tarix: 19-06-2023 19:18     Baxış: 3149 A- / A+


Səudiyyə Ərəbistanının Turizm Nazirliyi ilə Lionel Messi arasında bağlanan müqavilənin təfərrüatları məlum olub.
Manevr.az xəbər verir ki, argentinalı ulduz ölkənin dünyadakı imicini yaxşılaşdırmağa kömək etməli olan sözləşmə bağlayıb.
2022-ci ilin may ayında Messi ilk dəfə Səudiyyə Ərəbistanına səfər etdi. O, Qırmızı dənizdə dincəldikdən sonra "İnstaqram"da foto yayımlayıb. Ehtimal olunur ki, bu, futbolçu ilə nazirlik arasında əməkdaşlığın başlanğıcı olub və bu səfər Lionelə təxminən 2 milyon dollar qazandırıb.
"The New York Times" qəzetinin yazdığına görə, Messi bu müqavilədən üç il ərzində təxminən 25 milyon dollar qazana bilər.
Söhbət kommersiya fəaliyyətlərində iştirakdan, sosial şəbəkələrdəki yazılardan (Qeyd: Leonun İnstaqramının indi 473 milyon abunəçisi var) və Leonun ailəsi ilə keçirməli olduğu Səudiyyə Ərəbistanında ödənişli tətillərdən gedir. Messi səfərlərindən fotoları paylaşmalı və onları nazirlik tərəfindən təsdiqlənmiş heşteqlə etiketləməlidir.
Messinin Səudiyyə Ərəbistanı Turizm Nazirliyi ilə müqaviləsinə aşağıdakı maddələr daxildir:
- İldə ən azı bir beş günlük ailə tətili və ya hər biri üç günlük iki illik tətil üçün təxminən 2 milyon dollar. Messi və onun 20-yə qədər ailəsi və dostunun xərcləri və beşulduzlu yaşayış yeri ölkə hökuməti tərəfindən ödənilməlidir.
- Krallıqda bayramın reklamından ayrı olaraq ildə 10 dəfə futbolçunun sosial media hesablarında Səudiyyə Ərəbistanını tanıtmaq üçün daha 2 milyon dollar.
- Daha 2 milyon dollara yaxın - Səudiyyə Ərəbistanında illik turizm kampaniyasında iştirak üçün.
– Xeyriyyəçilik və ictimai çıxış üçün daha 2 milyon dollar.
Xatırladaq ki, bu yay Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna gedə bilərdi, lakin sonda “İnter Mayami”ni seçmişdi.offsideplus.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar