Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı dünya çempionu həbs edildi

Tarix: 16-06-2023 09:17     Baxış: 4130 A- / A+
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.

Manevr.az
-ın məlumatına görə, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə “Land Rover” markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən “Range Rover Sport” və “Bentley” markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.
Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.

Zərərçəkmiş şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər.
Hazırda açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.“qafqazinfo”

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar