Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İdmançıları ruhdan salmaq olmaz!

Tarix: 12-05-2023 11:39     Baxış: 3230 A- / A+
Qətərin paytaxtı Doha şəhərində mayın 7-də başlamış cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandası üzvlərinin uğursuz çıxışları mediada ciddi tənqid olunur. 
Son dövrdə müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərən güclü və tanınmış cüdoçularımızın çempionatın ötən 4 günü ərzində tatamini məğlub tərk etmələri təəssüf doğursa da, idmanda hakim səhvlərinin və ya bəxti gətirməmək amilininin olmasını da unutmamalıyıq. Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov bu məsələyə münasibət bildirərkən deyib: “Müxtəlif beynəlxalq mötəbər yarışlarda iştirak edən cüdoçularımız öz qələbələri bizi az sevindirməyiblər. İdmanda uğur və uğursuzluq təbii haldır, iki rəqibdən biri qalib, biri məğlub olur. Uduzmuş idmançı haqqında söylənilən hər hansı lüzumsuz söz, fikir onda mənəvi-psixoloji sarsıntı yarada bilər. Belə təzyiqə məruz qalan idmançıdan sonrakı yarışlarda uğurlu nəticə gözləmək mümkündürmü? Axı beynəlxalq yarışıların miqyası təkcə dünya çempionatı ilə məhdudlaşmır... Bunu nəzərə almaq vacibdir. Məsələn, Dohada medal ümidlərimizdən biri, “Judo Club 2012”nin yetirməsi, 90 kq çəki dərəcəsində mübarizəyə qoşulan Murad Fətiyev 1/8 finalda məğlub olsa da, təqdirəlayiq əzmkarlıq nümayiş etdirdi. Murad ilk qarşılaşmada rumıniyalı Aleks Kretə, sonra Avropa çempionatının ikiqat bürünc mükafatçısı yunanıstanlı Teodoros Tselidisə qalib gəldi. Onun 1/8 finaldakı rəqibi isə kubalı İvan Felipe Silva Morales idi: 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçı, dəfələrlə Panamerika çempionatının və bir sıra mötəbər turnirlərin qalibi... Bu təcrübəli idmançı ilə də Murad yüksək səviyyədə, sonadək mübarizə apardı və yalnız əlavə vaxtda məğlub oldu. Onun işlətdiyi fəndin hakimlər tərəfindən qeydə alınmaması da nəticəyə təsirsiz qalmadı. Ümidvaram ki, Muradın idman karyerasında uğurlu çıxışları, qələbələri hələ çox olacaq”. Xatırladaq ki, Dohada 99 ölkədən 657 (343 kişi, 314 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 9 kişi və 4 qadın ilə təmsil olunur. Çempionat mayın 14-də başa çatacaq. Həmin gün yarış komanda formatında keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar