Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın boksçularımız Varşavada 2 medal qazandı

Tarix: 08-05-2017 09:47     Baxış: 4271 A- / A+
Qadın boksçularımız Varşavada 2 medal qazandı


Mayın 3-6-da Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, XXXIV dəfə təşkil olunan A kateqoriyalı ənənəvi yarışa Azərbaycan yığması da qatılıb.

23 ölkənin mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Səfərə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanan komandamız turniri 2 medalla başa vurub.

Yığmamızın lideri Anna Əlimərdanova Varşavada bütün rəqiblərindən üstün olub. 57 kq çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.

Komandamızın aktivinə digər medalı Şəhla Allahverdiyeva yazdırıb. 69 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Nadine Apitslə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.

Qeyd edək ki, digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq) ilə Məhsəti Həmzəyeva (57 kq) 1/8, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) 1/4 finalda məğlubiyyətə üzülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar