Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Formula 1 Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satılıb

Tarix: 21-04-2023 19:36     Baxış: 3172 A- / A+

Gözlənilməzlərlə dolu 2023-cü il Azərbaycan Qran Prisinə doqquz gün qalmış müddətdə yarışın mərkəzi tribunası hesab olunan Abşeron tribunasının bütün sektorlarının biletləri tamamilə satılıb.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Halqasından (Baku City Circuit) məlumat verilib.
Bilet satışında rekord rəqəmlərin müşahidə olunduğu builki Bakı yarışı üçün biletlərin sayı məhduddur və tezliklə bütün tribunalara yerlərin bitməsi gözlənilir. Ən çox rəğbət görən tribunalardan biri olan Abşeron tribunasına bütün yerlərin tutulması ilə artıq 12 tribunadan 10-una yerlər tamamilə tutulub.
Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə bu ilki yarışda ilk dəfədir ki, 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud ölkələrin yarısından çoxu öz ölkəsini Bakıda azarkeş qismində təmsil edəcək. Bundan başqa, bu il Azərbaycana Qran Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.
Möhtəşəm yarış həftəsonuna sayılı günlər qaldığı bir vaxtda yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.
Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı 28-30 aprel tarixlərində baş tutacaq və paytaxtımız ilk dəfə Sprint yarışına ev sahibliyi edəcək.
Bu Sprint yarışı cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir və bu yarış pərəstişkarları üç gün davam edəcək möhtəşəm mübarizə, yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bulvardakı böyük səhnədə Don Diablo və Hardwell konsertlərindən zövq alaraq möhtəşəm F1 təcrübəsi yaşayacaqlar.
Üç günlük bilet sahibləri paytaxtın əsrarəngiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq. Onlar həmçinin, forum şəklində keçiriləcək avtoqraf sessiyasına qoşularaq sevimli pilotlarını canlı görmək imkanı əldə edəcəklər.
Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər:



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar