Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın boksçumuz dünya çempionatının yarımfinalında

Tarix: 23-03-2023 12:22     Baxış: 3191 A- / A+

Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Çempionatda 81 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən millimizin üzvü dörddəbir finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.
Manevr.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, hər üç raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 hesabı ilə qələbə qazanıb. A.Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən A.Rzayeva ilkə imza atıb. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.
Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar