Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident qızları, nazirlər, məşhurlar Bakı Marafonunda - FOTOLAR

Tarix: 30-04-2017 11:41     Baxış: 5361 A- / A+
Prezident qızları, nazirlər, məşhurlar Bakı Marafonunda




Qaçış Dövlət Bayraq Meydanından start götürüb

Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2017" keçirilir.

Marafonda Leyla, Arzu Əliyeva bacıları, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Təhsil naziri Mikayıl Cabbarov və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov da iştirak edir.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilkdə 13 mindən çox iştirakçı qeydiyyatdan keçib.Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 200- dək əcnəbi qoşulub. Tacikistan , Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər iştirakçılar arasında olub. Marafona, həmçinin İsveçrə, Meksika, İraq, Brzailiya, Ukrayna, Fransa,Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdən gələrək qoşulanlar var. Yarışçılar arasında müxtəlif yaşda olanlar var. Marafonun ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyevdir.

Yürüşdə şou-biznesin tanınmış simaları da iştirak edir. Onlardan əməkdar artistlər Ədalət Şükürov, Rafael İskəndərov, Coşqun Rəhimov, teleaparıcılar Murad Dadaşov, Kamilə Babayeva, müğənni, Sevda Yəhyayeva və başqaları marafona rəng qatıblar.

Qeyd edək ki, “Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.İstiPress

Manevr.az

Prezident qızları, nazirlər, məşhurlar Bakı Marafonunda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar