Xəbər lenti
Kliçko titullarını geri qaytara bilmədi

Ukraynalı Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını qazana bilməyib.
Manevr.az azərtac-a istinadən xəbər verir ki, Kliçko Londonun “Uembli” stadionunda keçirilən 12 raundluq döyüşün 11-ci raundunda britaniyalı Entoni Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytarmağa nail olmayıb.
Hazırda 41 yaşlı Vitali Kliçkonun hesabında 64 qələbə (53-ü nakautla), 5 məğlubiyyət var. 27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O hələ də professional rinqdə məğlubiyyət acısı dadmayıb: 19 qələbə - hamısı da nokautla.
Kliçko-Coşua döyüşünü 90 minə yaxın tamaşaçı izləyib. Bu, stadionun kassa rekordudur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar