Xəbər lenti
Cüdoçularımız Parisdən medalla qayıdırlar

Mükafatçılardan ikisi - Murad Fətiyev və Zelim Kotsoyev “Judo Club 2012” idman klubunun üzvləridir. Murad mübarizəyə 1/32 final mərhələsindən başlayıb və ardıcıl olaraq Aydar Arapovu (Qazaxıstan), Pol Kibikaini (Qabon), Loris Tassyeri (Fransa), Tiqo Renesi (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) məğlub edərək finala yüksəlib. O, yalnız həlledici görüşdə niderlandlı Noel Van Endə uduzaraq turnirdə ikinci yeri tutub.
Zelim Kotsoyev isə 1/16 finalda dünya və Avropa çempionatının bürünc mükafatçısı Sedrik Olivara (Fransa), növbəti mərhələdə isə Mərt Şişmanlara (Türkiyə) qalib gəlsə də, 1/4 finalda Cəfər Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olub. Lakin o, təsəlliverici görüşdə özbəkistanlı Musafferbek Turoboyev üzərində qələbə qazanaraq bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib və belçikalı Toma Nikiforovla qarşılaşmada güclü olduğunu sübuta yetirib.
Manevr.az








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar