Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Judo Club 2012”nin yetirməsi beynəlxalq yarışa yollanıb

Tarix: 26-04-2017 14:49     Baxış: 3385 A- / A+
“Judo Club 2012”nin yetirməsi beynəlxalq yarışa yollanıb
Azərbaycanda idmanın inkişafına öz töhfəsini verən “Judo Club 2012” idman klubunun üzvləri arasında əlbəyaxa döyüş növləri ilə məşğul olan, bu növlər üzrə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edənlər də var.

Manevr.az koordinat.az-a istinadən xəbər verir ki, onlardan biri də şaolin döyüş sənətinə yiyələnmiş gənc idmançı Cavid Mahmudludur. Cavid hazırda MMA (mixed martial arts – qarışıq döyüş sənəti) üzrə beynəlxalq yarışa hazırlaşır. Bu il aprelin 28-29-da Ukraynanın Xarkov şəhərində keçiriləcək yarışın qalibləri sırasında olmaq onun əsas məqsədidir.

“Ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı bizi daim qələbəyə, beynəlxalq yarışlarda bayrağımızın yüksəldilməsi üçün fədakarlıqla mübarizə aparmağa ruhlandırır. Ölkəmizdə keçiriləcək nüfuzlu idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Vətənə qələbə ilə qayıtmağa çalışacağam”, - deyən Cavid Mahmudlu bildirib. O, qarşıdakı məsul yarışa yaxşı hazırlaşdığını, məşqçilərinin və “Judo Club 2012”nin ümidlərini doğrultmaq üçün var qüvvəsi ilə mübarizə aparacağını söyləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar