Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ronaldo mundial səfiri olmaqdan imtina etdi?

Tarix: 11-01-2023 13:39     Baxış: 3330 A- / A+

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna transfer olunan Kriştiano Ronaldo ölkənin DÇ-2030-a namizədliyi dövründə səfir olmayacaq.

Manevr.az xəbər verir ki, bu barədə "sarı-göylər"in rəsmi saytı məlumat yayıb. Daha əvvəl 37 yaşlı forvardın Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatı üçün müraciətinin səfiri olacağı və bunun üçün 200 milyon avro alacağı bildirilirdi. "Əl Nəsr" mediada yayılan xəbərlərin əksinə olaraq, bildirib:

"Onun əsas diqqəti "Əl Nəsr"ə və klubun uğur qazanmasına kömək etmək üçün komanda yoldaşları ilə işləməkdir".

Portuqaliya mətbuatı isə iddia edir ki, Ronaldo özü səfir olmaqdan imtina edib. Buna səbəb Səudiyyə Ərəbistanı kimi ölkəsinin də DÇ-2030-u qəbul etmək üçün namizədliyini irəli sürməsidir. Portuqaliyaya rəqib olmaq istəməyən ulduz futbolçu ərəblərin 200 milyon avroluq təklifini geri çevirməli olub.

Qeyd edək ki, Ronaldo ötən il dekabrın 30-da "Əl Nəsr"lə 2 illik müqavilə imzalayıb.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar