Xəbər lenti
17 yaşlı idmançımız Vətənə medalla döndü - “Cüdo Klub 2012”

Çex Respublikasının paytaxtı Praqada bu il aprelin 18-dən 21-dək keçirilən sambo üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyində Bakının tanınmış idman klublarından olan “Judo Club 2012”nin də yetirməsi iştirak edib.
Manevr.az xəbər verir ki, milli komandanın tərkibində yarışa yollanmış yeniyetmə samboçu Abdulla Abdullayev Vətənə medalla qayıdıb. O, öz yaş kateqoriyasında 65 kq çəki dərəcəsində çıxış edib və üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. On yeddi yaşlı idmançının məşqçisi Məmməd Məmmədovdur.
Qeyd edək ki, yeniyetmələr yarışında Avropa birinciliyində Azərbaycanın daha üç samboçusu fərqlənib: 56 kq-da Rəşad Dünyamalıyev qızıl, 60 kq-da Yaşar Nəcəfov və 70 kq-da Teymur Allahverdiyev bürünc medal qazanıblar.
Gənclərdən ibarət millimiz isə cəmi bir medalla kifayətlənib: 62 kq-da xalça üzərinə çıxan Elmin Hüseynov bürünc medalın sahibi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar