Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi - ŞƏKİLLƏR

Tarix: 27-12-2022 12:33     Baxış: 4306 A- / A+

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi "İlin yekunları”na dair tədbir keçirib. Tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb. 


İdman federasiyaları və feysbukda keçirilən sorğuda ilin ən yaxşı məşqçiləri nominasiyasında 3 nəfər fərqlənib. "Qarabağ”la avrokuboklarda uğurlu nəticələr əldə edən Qurban Qurbanov, Avropa çempionu olan yunan-Roma güləşi üzrə millinin çalışdırıcısı Aleksandr Tarakanovla yanaşı bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva da seçilənlər arasında yer alıb. 

Siyana Vasilevanın mükafata layiq görülməsindən sonra kimliyi barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. Məlum olub ki, o, gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır. 

Qeyd edək ki, nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 



Vasilevanın 26 yaşı var. Siyana 2 il öncə keçirilən yarışlarda aldığı zədədən sonra idmançı karyerasını başa vurub. Bundan sonra isə o, məşqçiliyə başlayıb. Qrup hərəkətləri üzrə milli komandanın çalışdırıcısı olub və hazırda da buna davam edir. 

Onun rəhbərliyi altında komanda Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı. 

Həmçinin komanda İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medala layiq görülüb./qafqazinfo.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar