Xəbər lenti
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova yubiley medalı təqdim olunub

Manevr.az xəbər verir ki, ACF prezidentinin müşaviri Natiq Bağırov tədbirdə çıxış edərək Azər Əsgərovun ölkəmizdə cüdo idman növünün inkişafındakı xidmətlərindən, veteran idmançılar üçün hərtərəfli şərait yradılmasına və yeni cüdoçular nəslinin yetişdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Paytaxtın müasir idman qurğularından olan “Judo Club 2012”nin qapılarının cüdo ailəsinin üzünə daim açıq olduğunu vurğulayan müşavir buna görə federasiya adından klubun rəhbərliyinə təşəkkürünü bildirib və yubiley medalını Azər Əsgərova təqdim edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, dövlətmizin başçısının hər zaman idmançıları yüksək dəyərləndirdiyini xatırladan Azər Əsgərov bunun qürur və minnətdarlıq hissi doğurduğunu bildirib, yubiley medalı ilə təltif olunduğuna görə ACF rəhbərliyinə təşəkkür edib. O, ölkəmizdə şanlı tarxi olan cüdonun təblği və inkişafı üçün bundan sonra da böyük həvəslə çalışacağını qeyd edib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar