Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
Manevr.az-ın məlumatına görə, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq.
DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş - İspaniya
Baş hakim: Fernando Rapallini (Argentina)
"Edyukeyşn Siti" stadionu
23:00. Portuqaliya - İsveçrə
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Lusail" stadionu
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar