Xəbər lenti
Ronaldo oyun zamanı GÖRÜN NƏ ETDİ? - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatında Qana yığması ilə Qətərdə keçirilən oyunda alt paltarından enerji çubuğu çıxararaq onu yeyib.
Manevr.az xəbər verir ki, Portuqaliyanın “A Bola” nəşri diqqəti cəlbedici bir detala çəkib.
Xatırladaq ki, portuqaliyalılar dünya çempionatında H qrupunun ilk oyununda qanalıları 3:2 hesabı ilə məğlub edib.
Oyun zamanı 37 yaşlı Ronaldonun təcili nə yeməsinə ehtiyac yaranıb. Qana millisinin cərimə meydançasında olan futbolçu bir neçə saniyə ərzində alt paltarının daxili cibində nəsə axtarıb. Çubuğu çıxaran hücumçu onu hərəkət edərək yeyi, oyuna davam edib. Mənbə nəşrə bunun enerji əlavəsi olduğunu bildirib.
Yeri gəlmişkən, bu oyunda Ronaldo penaltini dəqiq yerinə yetirərək qol vurub.
Bu mundial portuqaliyalı üçün karyerasında beşinci olub. Ronaldo tarixdə ardıcıl 5 dünya çempionatında qol vuran ilk futbolçudur. Xatırladaq ki, o, bundan əvvəl 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında qol vurub.
Portuqaliya növbəti oyunu noyabrın 28-də Uruqvaya qarşı keçirəcək.
Ronaldo oyun zamanı görün nə etdi?
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar