Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başa çatıb

Tarix: 21-04-2017 11:10     Baxış: 21 545 A- / A+
“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başa çatıb


Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı keçirilən cüdo üzrə “Raquf Orucov Kuboku” uğrunda 21 yaşınadək oğlan və qızlardan ibarət (U-21) komandaların beynəlxalq turnirə yekun vurulub.

Ötən il aprel döyüşlərində həlak olan polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin həsr olunmuş turnirdə ölkəmiz 10, Rusiya və Gürcüstanın hərəsi bir komanda ilə təmsil olunub. Oğlanlardan ibarət komandalar beş (60, -66, -73, -81, +81 kq), qızlar isə iki (-57 və -63 kq) çəki dərəcəsində yarışıblar. Seçmə mərhələsindən sonra Rusiya, Gürcüstan, “Judo Club 2012” idman klubu və “Neftçi” idman-sağlamlıq komandaları yarımfinala çıxıblar. Bu mərhələnin qalibləri isə Gürcüstan və “Judo Club 2012” komandaları olublar.

Final görüşündən əvvəl turnirin rəsmi açılış mərasimi keçirilib. Bakı İdman Sarayının tribunlarını doldurmuş 1500-dən artıq tamaşaçısı arasında respublikamızın dövlət qurumlarının və ictimai təşkilatlarının nümayəndələri, millət vəkilləri, ziyalılar, tanınmış idmançılar, Qarabağ müharibəsi veteranları olub.

Təntənəli mərasim ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Mərasimdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Olimpiya və dünya çempionu Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının rəsmisi Ağayar Axundzadə, Milli Məclisin Gənclər və İdman Komitəsini sədri, millət vəkili Fuad Muradov, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli, şəhid polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov çıxış ediblər.

Gürcüstan və “Judo Club 2012” komandaları arasında final görüşü maraqlı idman mübarizəsi şəraitində keçib. “Raquf Orucov Kuboku”nun ilk sahibi Gürcüstan komandası olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar