Xəbər lenti
“Raquf Orucov Kuboku” uğrunda cüdo yarışı başlayıb - Bakı Əl Oyunları İdman Sarayında

Bakı Əl Oyunları İdman Sarayında aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilmiş beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirilib.
Manevr.az Koordinat.az-a istinadən xəbər verir ki, “Raquf Orucov Kuboku” adlandırılan turnir Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı ilə keçirilir.
Yarışlarda 21 yaşınadək oğlanlar və qızlar arasında (U-21) cüdo üzrə klub komandaları iştirak edir. Turnirə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları da qatılıb.
Xatırladaq ki, şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar