Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Judo Club 2012”nin 2 üzvü “Böyük dəbilqə” turnirində qızıl medal qazandı - ŞƏKİLLƏR

Tarix: 07-11-2022 13:38     Baxış: 3316 A- / A+

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə noyabrın 6-da yekun vurulub.

Manevr.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında təşkil olunan yarışda 61 ölkədən 366 (206 kişi, 160 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Doğma azarkeşlər önündə keçirilən nüfuzlu turnirdə ölkəmiz 37 (28 kişi, 9 qadın) cüdoçu ilə təmsil olunub. Komandamız 3 gün davam edən yarışda 4 qızıl və 2 bürünc medal qazanaraq, ümumi medal sıralamasında birinci yeri tutub. Mükafatçılar sırasında “Judo Club 2012”nin cüdoçuları - Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) də yer alıb. Bir müddət əvvəl klubla müqavilə imzalayan hər iki cüdoçu turniri qızıl medalla başa vurub.

İkinci yarış günündə mübarizəyə başlayan Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu Səid Mollayi Alfonso Urquiza (İspaniya), Somin Mehmmedbekov (Tacikistan), Askerbi Gerbekov (Bəhreyn) və Attila Unqvariyə (Macarıstan) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada belçikalı Mattias Kasse üzərində qələbə qazanan Səid nüfuzlu yarışın qalibi olub.

“Böyük dəbilqə”nin sonuncu günündə tatami üzərinə çıxan klubumuzun digər üzvü Zelim Kotsoyev də finala qədər inamla irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı çilili Tomas Briseno, türkiyəli Mert Şişmanlar, ukraynalı Anton Savyetski və macarıstanlı Zombor Veqə qalib gələrək finala vəsiqə əldə edib. Finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gələn Zelim bu görüşdə də rəqibinə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Klubun digər üzvü Murad Fətiyev (90 kq) isə yarışları 7-ci pillədə başa vurub.  

Qeyd edək ki, Azərbaycan komandasına digər qızıl medalları Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Kəramət Hüseynov (60 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Camal Qamzatxanov (+100 kq) qazandırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar