Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Qəbələ” CƏZALANDIRILDI: Azarkeşlər stadiona girə bilməyəcək

Tarix: 03-11-2022 16:55     Baxış: 4309 A- / A+
“Qəbələ” CƏZALANDIRILDI:  Azarkeşlər  stadiona girə bilməyəcək
Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda baş verənlərin səbəbkarları cəzalandırılıb.
Manevr.az-ın apasport.az saytına istinadla məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum görüşdə yaşananları müzakirə edərək müvafiq qərarlar çıxarıb. İki klubun azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” hərəyə 4000 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sabah” 800 manat cərimə olunub.
Qonaqların fanatları tərəfindən qaçış zolağına kənar əşyalar atılması bölgə təmsilçisini daha 1600 manat xərcə salıb. Həmçinin “qırmızı-qaralar”ın azarkeşləri tərəfindən stadiona dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödəniləcək. Qonaqlar 73 ədəd plastik oturacağın sıradan çıxarıb.
Azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllər (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması) “Qəbələ”yə daha ağır cəzalanmasına səbəb olub. Fanatların stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulub. Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin arenaya girişi qadağan edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar