Çempionlar Liqasının qrup mərhələsinin V turunda Hayfa “Makkabi”si ilə oyun PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Manevr.az-ın apasport.az-a istinadən məlumatına görə, komandasının 7:2 hesablı qələbəsinə 2 qol, 2 assistlə töhfə verən argentinalı superulduz qeyri-adi rekorda imza atıb.
35 yaşlı futbolçu bu turnirdə 23-cü dəfə cərimə meydançasından kənardan fərqlənib. Bununla o, “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldonu (22 qol) geridə qoyaraq, rekordu ələ keçirib.
Argentinalı eyni zamanda bir matçda 2 qol, 2 assstə imza atan ən yaşlı oyunçu olub. Leo bunu 35 yaş 123 günlüyündə reallaşdırıb. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında “Barselona”da olarkən “Valyadolid”lə (5:1) çempionat matçında buna nail olub.
Eyni zamanda Messi peşəkar karyerası ərzində 1127 qolda yaxından iştirak edib - 784 qol, 343 assist. O, bununla əfsanəvi braziliyalı Pelenin (762 qol, 365 assist) dünya rekordunu təkrarlayıb.
Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 11 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar