Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qızıl medalını qazandı- ŞƏKİLLƏR

Tarix: 24-10-2022 15:38     Baxış: 3409 A- / A+
Oktyabrın 22-23-də Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçirilib. Yarışda 15 ölkəni təmsil edən 184 (129 kişi, 55 qadın) idmançı mübarizə aparıb.

Turnirdə 3 cüdoçu ilə təmsil olunan komandamız Riqada 1 qızıl və 1 gümüş medala layiq görülüb. Komandamıza qızıl medalı “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərov qazandırıb. - 66 kq çəki dərəcəsində tatami üzərinə çıxan klubun təmsilçisi ilk görüşdə İsrail idmançısını, növbəti mərhələdə isə niderlandlı rəqibini üstələyib. Yarımfinalda latviyalı rəqibini də məğlub edən idmançımız adını finala yazdırıb. Həlledici görüşdə digər israilli cüdoçuya qalib gələn Mehdi Cəfərov Avropa kubokunun qızıl medalına layiq görülüb.

Azərbaycan yığmasına digər medalı isə Tamerlan Cabbarov qazandırıb. -90 kq çəki dərəcəsində yarışan idmançı gümüş medala sahib olub.

Beləliklə, Azərbaycan komandası Avropa kubokununu 2 medalla 7-ci yerdə başa vurub.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar