Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Boksçumuz Avropa birinciliyində erməni rəqibinə QALİB GƏLDİ

Tarix: 02-10-2022 10:14     Baxış: 4310 A- / A+


Boksçumuz Avropa birinciliyində erməni rəqibinə QALİB GƏLDİ  -FOTO

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.
Manevr.az-ın apasport.az-a istinadən s məlumatına görə, Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. 54 kq çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edən Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib.
O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.
Avropa çempionumuz Məhəmmədəli Qasımzadə (57 kq) də rinqdən qalib ayrılıb. 1/8 finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb.Təmsilçimiz növbəti mərhələdə latviyalı Nikolayes Zamyatinslə qarşılaşacaq.
Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçularımızın sayı 5-ə çatıb. Yarımfinal görüşləri oktyabrın 2-də olacaq.
Digər milli üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.
Qeyd edək ki, 1/4 final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri isə oktyabrın 4-də keçiriləcək.
Boksçumuz Avropa birinciliyində erməni rəqibinə QALİB GƏLDİ  -FOTO



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar