Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

İki boksçumuz beynəlxalq turnirdə finala yüksəldi

Tarix: 18-09-2022 11:49     Baxış: 3273 A- / A+
Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat verib. Bildirilib ki, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.
Kənan Babayev (48 kq) hindistanlı Tali Tabanın ardınca qazaxıstanlı Uslam Seksenbayevi də məğlub edib. Avropa çempionu döyüşü yenə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. O, finalda hindistanlı Vişvanat Sureşlə üz-üzə gələcək.
Millinin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də komanda yoldaşının nailiyyətini təkrarlayıb. 1/4 finalda ukraynalı Mikita Maliutaya qalib gələn idmançı yarımfinalda qazaxıstanlı İvan Yermolenko üzərində də qələbə qazanıb – 4:1 (29:28, 28:29, 28:29, 28:29, 28:29). Əlizadə finalda ukraynalı Aleksandr Zelinski ilə döyüşəcək.
Hindistanlı Anke və fransalı Mobir Trbiçi mübarizədən kənarlaşdıran Daniel Xolostenko (71 kq) finala gedən yolda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.
Norveçli Denis Dahlla döyüşün taleyinin ilk raundda həll edən Fətəli İsmayılov (80 kq) isə yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşıb. Rəqib finala yüksəldiyi üçün İsmayılov bürünc medalla kifayətlənib.
Qeyd edək ki, final döyüşləri bu gün baş tutacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar