Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Manevr.az -ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində latviyalı Aleksandr Yurkyansı 7:3, 1/4 finalda kubalı Luis Alberto Orta Sançesi 3:1 hesabı ilə məğlub edib. Yarımfinalda onun rəqibi serbiyalı Sebastian Nad olacaq.
67 kq çəkidə Həsrət Cəfərov 1/16 finalda meksikalı Dieqo Martineslə görüşməli olsa da, rəqib zədələndiyi üçün görüşə çıxmayıb. Nəticədə Cəfərov 1/8 finala yüksəlib. O, sonrakı görüşlərində yaponiyalı Katsuaki Endonu 9:0. çinli Husiyuetu Husiyuetunu 7:0 hesabı ilə üstələyib. Yaırmfinalda rəqib serbiyalı Mate Nemes olacaq.
97 kq-da mübarizə aparan Arif Niftullayev 1/16 finalda avstriyalı Daniel Qastlini 3:2, 1/8 finalda litvalı Vilius Laurinaitisi 9:0, 1/4 finalda macarıstanlı Aleks Gerqo Sokeni 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda rəqib bolqarıstanlı Kiril Milenov Milov olacaq.
82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov isə 1/8 finalda yaponiyalı Yuya Okajimanı üstələsə də, 1/4 finalda özbəkistanlı Jalqasbay Berdemuratova 0:11 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyib. O, ümidini bürünc medala bağlayıb. Bundan ötrü ilk növbədə, Berdemuratov finala yüksəlməlidir.
Qeyd edək ki, bu gün yarımfinal görüşləri ilə yanaşı, Azərbaycanın 2 təmsilçisi - 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar.
Final qarşılaşmaları saat 20:00-da başlayacaq.
Xəbər lenti
3 güləşçimiz yarımfinala yüksəldi

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































