Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Cüdoçumuz dünya çempionatından kənarlaşdırıldı

Tarix: 24-08-2022 14:10     Baxış: 3390 A- / A+

Azərbaycan cüdoçusu Fidan Qasımova bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında start götürən dünya çempionatından kənarlaşdırılıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 52 kq çəki dərəcəsində çıxış etməsi planlaşdırılan Qasımovanın PCR testi pozitiv çıxıb. Bu səbəbdən, Beynəlxalq Cüdo Federasiyası (IJF) müvafiq qərarı qəbul edib.
IJF-nin tətbiq etdiyi protokola uyğun olaraq, yarışa gələn idmançılar ilk növbədə, sürətli antigen testi verməlidirlər. Fidan Qasımovanın birinci antigen testi pozitiv çıxdıqdan sonra yenidən antigen testi olunub. İkincinin cavabı da pozitiv çıxdığından, o, üçüncü dəfə də PCR testi olunub və testin cavabı pozitiv çıxıb.
İdmançı hazırda yarışların keçirildiyi Bosniya və Herseqovinanın tətbiq etdiyi qaydalara əsasən karantinə alınıb, özünü yaxşı hiss edir və daimi həkim nəzarəti altındadır. İdmançının tezliklə sağalması və Vətənə qayıtması üçün ACF bütün lazımi tədbirləri həyata keçirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar