Xəbər lenti
MMA döyüşçüsü Rafael Fiziyev: "Son 4 gündə 5 qoyun yemişəm"
"Azərbaycan dili üzərində çalışıram və öyrənəcəyimə söz verirəm".
Manevr.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransında deyib.
29 yaşlı idmançı Azərbaycan dilində hələlik danışa bilmədiyi üçün üzr istəyib: "Sonuncu qələbəni qazandığım görüşdə Azərbaycan bayrağını qaldırdığım üçün böyük qürur duyuram. Bu ölkənin bayrağı altında çıxış etmək mənim qərarımdır. Bu, damarlarımda azərbaycanlı qanı axması ilə bağlıdır. Bunu deməklə sürpriz etmək istəyirdim. İstəyirdim ki, döyüş keçirdiyim zaman hamı görsün".
O, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasovla qardaş kimi olduğunu söyləyib: "Onunla Tailandda birgə məşq etmişik".
Fiziyev burada daha çox vaxt keçirmək istəyini gizlətməyib: "Əlbəttə, vaxtımın əsas hissəsini toplanışlarda oluram, məşqçi kimi fəaliyyət göstərirəm. Planlarda burada daha çox vaxt keçirmək, ailəmlə birgə istirahətə gəlmək də var".
Tanınmış idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusa qalib gəldiyi döyüşdən 2 gün sonra burnumdan əməliyyat olunduğunu vurğulayıb: "Hələ məşq edə bilmirəm. Bərpa dövrü keçirirəm. Castin Geycini döyüşə çağırmışam. Hələ razılıq almamışam. Döyüşün bu ilin sonu - gələn ilin əvvəlində baş tutacağına ümid edirəm".
Fiziyev Rafael dus Anyusla döyüşdən sonra gənclər və idman naziri Fərid Qayıbovun onu təbrik etdiyini diqqətə çatdırıb: "Onunla bir çox məsələdən danışdıq. Gələcəkdə Azərbaycanda UFC döyüş gecəsi keçirmək, turnirin əsas döyüşünə çıxmağımın mümkünlüyü müzakirə edildi. İnanıram ki, azərbaycanlı azarkeşləri də sevindirə bilərik".
O, "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışına da toxunub: "Futbolda fanat olmaq mənim üçün yenidir. Bir vaxtlar futbol oyunlarında polis olmuşam, kürəyim meydana çevrilmiş vəziyyətdə olub. Çox təəccübləndim və qürurlandım ki, Azərbaycan klubu belə səviyyədə çıxış edir".
Gənclərə məsləhət verən idmançı irəli getmək üçün risk etməyin vacibliyini qeyd edib: "Bir çoxları dayanıb yenilik istəyirlər. Risk etməyə dəyər".
Fiziyev Bakının tarixi və zəngin şəhər olduğunu deyib: "Şəhərin xüsusi bir yerini qeyd edə bilmərəm. Bura təəssüratlarımda xüsusi şəhər kimi qalacaq. Döyüşdən sonra məhz bura gəlməyə çox şadam. Bu 4 gündə 5 qoyun yemişəm. Çoxlu kalori almaq baxımından belə etmişəm".
Mətbuat konfransından sonra fotosessiya və avtoqraf sessiyası olub.(report)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar