Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir idmançımız dünya çempionatında medal qazandı

Tarix: 30-07-2022 18:24     Baxış: 3305 A- / A+
Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.
 
Taekvondo Federasiyasından verilən məlumata görə, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub.
 
45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən Məhərrəmli qalib ayrılıb - 2:1.
 
O, 1/2 finalda Minqyu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.
 
Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.
 
Qeyd edək ki, yarışa iyulun 31-də yekun vurulacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar