“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşanın “TVP Sport” nəşrinə müsahibə verib.
Manevr.az qol.az-a istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb: “Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı".
Xəbər lenti
“Qurban Qurbanovun qızım öləndəki davranışını unutmayacağam” - Gerye
O, "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə ilk oyununu izlədiyini söyləyib: “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən təffəkkürdə adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır".
33 yaşlı oyunçunun sözlərinə görə, Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur: "Orada hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm. Qurbanov Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Tanrı kimi yanaşırlar. Orada oynadığım 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.
D.Gerye "Qarabağ"dan ayrılmasının səbəbi haqda da danışıb: "Haiti millisinin düşərgəsindən çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. "Qarabağ"ın bazasına gec gəldim. Qurban hirsləndi, haqqı var idi. Mən maliyyə cəzası aldım və ehtiyata göndərilməli idim. Dedim ki, ya qalacağam, ya da gedəcəyəm. Və mən Kiprdə oldum. Futbola gəlincə, “Qarabağ”da keçirdiyim günlərə görə heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarım hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqasını burada yaşadım və Avropa Liqasında oynadım. Orada keçirdiyim vaxt üçün darıxıram. Hətta "İnstaqram"da da Qarabağ köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir".
Futbolçu Qurban Qurbanov böyük xarizmaya malik məşqçi olduğunu söyləyib: Mən ona “Qvardiola” və ya “ata” deyirdim. Xüsusilə nəyisə idarə etməli olduğunuz zaman. Onun mənə qarşı həssaslığı vardı. Yadımdadır, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım yaranmışdı. Xəyal etdiyim avtomobili almaq istəyirdim, ancaq ordan mənə dedilər ki, gözləyə bilməzlər. Klubun baş meneceri Asif Əsgərovun yanına gedib ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdi. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə o, sadəcə ah çəkdi: "Ah, Donny, Donny" - çünki əvvəllər belə deyirdi - və telefonu yığdı. – “Asif, Donni nə qədər istəyir, ver ona”. Və hər şeyi vaxtından əvvəl aldım. Məşqçi mənim üçün bir şərt qoydu. "Donny. Bir şey. Növbəti oyunda ən yaxşı olmalısan." Qurbanov əsl rəis idi. Qladiator. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. Kaş ki, onu ruhdan salmaya idim".
O, körpə qızının öldüyü vaxtlarda Q. Qurbanovun ona verdiyi dəstəklə bağlı deyib: "Qurbanov dedi ki, klubdan narahat olma. Klub indi sənin üçündür. Ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qal. Altı ay varsa, altı ay qal. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik. İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün mənim topa ehtiyacım var. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağım daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş kimi hiss etdim. Balkondan atılıb körpəmə qoşulmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. "Qarabağ" məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyə bilirdim. Məşqə qayıdanda Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır".
D.Gerye yenidən Azərbaycanda oynamaq ehtimalı ilə bağlı söyləyib: "Kaş ki hazırda “Qarabağ”da oynasaydım. Nə qədər ki, Qurban Qurbanov var, uğurlu klub olacaq. Bu, mənim həyatdakı ən böyük səhvimdir, kifayət qədər intizamlı olmamağım, əlimdən gələni etməyə çalışmamağım, Qurban Qurbanova tabe olmamağımdır. Onun bütün dediklərinə əməl etsəydim, Avropanın yüksək liqalarında oynayardım. İndi "Qarabağ"a qayıtmaq imkanım olsaydı, hətta pulsuz gedərəm. Heç vaxt oranı tərk etməzdim, çünki orada oynamaqdan həzz alırdım".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar