Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tayson həbsxana həyatını ömrünün ən yaxşı illəri adlandırdı - ŞƏKİL

Tarix: 02-07-2022 09:02     Baxış: 4403 A- / A+


Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson həyatının ən yaxşı dövrünün həbsxanada keçirdiyi üç il olduğunu deyib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "The Pivot Podcast" "YouTube" kanalına müsahibəsində danışıb.

Tayson həmin günlər rahatlıq tapdığını bildirib.
"Əgər rahatlığınız, sakitlik və tarazlığınız yoxdursa, pul heç nəyi həll eləmir. Yeməyim pis deyildi, hamı mənimlə mehriban, yaxşı davranırdı", - deyə sabiq dünya çempionu vurğulayıb.
Tayson əlavə edib ki, məhbuslar ondan qorxsalar da, hörmət də edirdilər.
Qeyd edək ki, Tayson 1992-ci ildə zorlama ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdi. Boksçu ittihamları qəbul etməyərək, qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia etmişdi. O, demək olar ki, üç il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra 1995-ci ildə azadlığa çıxıb.
55 yaşlı keçmiş idmançının peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar