Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Formula 1 Azərbaycan Qran-Prisini neçə nəfər izləyib?

Tarix: 16-06-2022 18:34     Baxış: 3351 A- / A+


Paytaxtımız altıncı dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etdi. Təkcə yarış həftəsonunda Bakı yarışı barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.
Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir.
Qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.
Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran Prisi sosial mediada da gündəmdə olub. Təkcə Formula 1-in Youtube kanalında Bakı yarışı haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçmişdir. Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.
Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib.
ESPN-in verdiyi məlumata əsasən, ötən il 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələmişdir.
Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür ki, yayımlanır.
Beşinci mövsümün üçün çəkilişi üçün yaradıcı qrup Bakı yarışını lentə aldı. Qeyd edək ki, bu platformanın qlobal olaraq 221.64 milyon abunəçisi var.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar