Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Güləşçimiz erməniyə qalib gələrək çempion oldu

Tarix: 14-06-2022 21:48     Baxış: 3332 A- / A+
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub. Xatırladaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu.

Daha 3 güləşçimiz gümüş medal qazanıb. Belə ki, Elvin İbadov (48 kq) həlledici görüşdə gürcü Vaxtanq Loluaya, Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulosa, İsmayıl Rzayev (80 kq) isə moldovalı Mihay Qutuya məğlub olub.
Hal-hazırda Azərbaycan yığması 95 xalla komanda hesabında aşkar liderdir. Millimiz ən yaxın izləyicisi olan Macarıstanı 36 xal qabaqlayır.
Sabah millinin daha 4 üzvü medal üçün güləşəcək. Onlardan üçü qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu yarışda Azərbaycan güləş tarixində yeni rekord qeyd alınıb. Belə ki, ilk dəfə yunan-Roma güləşində U-17 Avropa çempionatında 7 güləşçimiz finala vəsiqə qazanıb. Buna qədər güləşin bu növündə rekord göstərici 4 final olub. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar