Xəbər lenti
Usta cüdoçularımızdan Heraklionda tarixi nailiyyət - ŞƏKİLLƏR

Çempionatda iştirak edən “Judo Club 2012”nin direktoru, veteran cüdoçu Mübariz Cəfərovun verdiyi Manevr.az-a məlumata görə, yığmamız həm fərdi, həm də komanda yarışlarında uğura imza ataraq fəxri kürsüdə yer alıb.
Belə ki, yığmamızın heyətində “Judo Club 2012”nin idman zalında məşq edən 20 cüdoçudan 19-u fərdi yarışları medalla başa vurub. Veteranlardan ibarət komandamızın baş məşqçisi, 9 qat dünya, 8 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərlik etdiyi millimiz qitə çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla 19 medala sahib çıxıb.

Gümüş medallaraVüqar Babayev (M2, -66 kq), İntiqam Ələkbərov (M2, -100 kq), Mahir Ağamirzəyev (M4, -90 kq), Müşfiq Cəfərov (M5, -73 kq) və Qabil Qasımov (M6, +100 kq) layiq görülüb.

Beləliklə, fərdi yarışları 19 medalla başa vuran cüdoçularımız bu nəticə ilə kişilər arasında və ümumi komanda hesabında birinci yeri tutublar. İkinci yerə 5 qızıl, 5 gümüş və 3 bürünc medalla İtaliya komandası sahib çıxıb. Gürcüstanlı veteranlar isə 5 qızıl, 2 gümüş və 9 bürünc medalla üçüncü olublar. Bu, cüdo ustalarımızın veteranlar arasında keçirilən Avropa çempionatları tarixində qazandığı ən yüksək nailiyyət hesab olunur.
Qitə çempionatının sonuncu günündə isə komanda yarışları təşkil olunub. 5 komandanın iştirak etdiyi yarışlarda Azərbaycan təmsilçiləri kişilər arasında 30-39 yaş qrupu üzrə mübarizə aparıb. Cüdo millimiz yarışı bürünc medalla başa vurub. Komandamız üçüncü yer uğrunda həlledici görüşdə Fransa yığmasına qalib gəlib. Komanda yarışlarının qalibi isə Gürcüstan millisi olub.
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar