Xəbər lenti
Veteran cüdoçularımız Avropa çempionatında 6 medal qazanıb

Manevr.az xəbər verir ki, cempionatda iştirak edən “Judo Club 2012”nin direktoru, veteran cüdoçu Mübariz Cəfərovun verdiyi məlumata görə, komandamız yarışda 8 yaş kateqoriyası üzrə 22 idmançı ilə təmsil olunur. Yığmamızın heyətində “Judo Club 2012”nin idman zalında məşq edən Nadir Babayev (M1, -73 kq), Tural Səfquliyev (M1, -100 kq), Vüqar Babayev (M2, -66 kq), Məmməd Məmmədov (M2, -73 kq), Samir İsmayılov, Anar Yusifli (hər ikisi M2, -81 kq), İntiqam Ələkbərov, Ramil Muradov, İlham Heydərov (hər üçü M2, -100 kq), Azər Fətullayev (M3, -81 kq), Zülfüqar Hüseynov, Vüsal Cəfərov (hər ikisi M3, -90 kq), Babək Hacıyev (M4, -60 kq), Rauf Fərzəliyev (M4, -73 kq), Mahir Ağamirzəyev (M4, -90 kq), Emil Hüseynov (M4, -100 kq), Müşviq Cəfərov (M5, -73 kq), Mübariz Cəfərov (M5, -90 kq), Qabil Qasımov (M5, +100 kq), Natiq Qasımov (M6, -81 kq), Fərhad Rəcəbli (M7, -90 kq) və Şamil Sövzəliyev (M8, -81 kq) yer alıb.
Usta cüdoçularımız qitə çempionatının ilk gününü uğurla başa vurublar. Veteranlardan ibarət komandamızın baş məşqçisi, dünya və Avropa çempionu Fərhad Rəcəblinin rəhbərlik etdiyi komandamız 2-si qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla 6 medala sahib çıxıb.
Qızıl medalları komandamıza M7 yaş kateqoriyasında -90 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli və M5 yaş kateqoriyasında -90 kq çəkidə çıxış edən Mübariz Cəfərov qazandırıb. Gümüş medallara Müşfiq Cəfərov (M5, -73 kq) və Qabil Qasımov (M6, +100 kq) layiq görülüb. Natiq Qasımov (M6, -81 kq) və Şamil Sövzəliyev (M8, -81 kq) isə bürünc medalla kifayətləniblər.
Qitə çempionatına iyunun 5-də yekun vurulacaq.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar