Xəbər lenti
Rəsul Çunayev başqa ölkənin millisində güləşəcək - ŞOK SƏBƏB
Azərbaycanın tanınmış güləşçilərindən olan Rəsul Çunayev digər ölkənin bayrağı altında mübarizə aparmaq niyyətindədir.
Yunan-Roma güləşi üzrə 2015-ci il dünya çempionu, 2016-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2015-ci il Dünya Kubokunun qalibi müxtəlif ölkələrdən bir neçə təklif alıb. Manevr.az xəbər verir ki, idmançı bu barədə “CBC Sport” telekanalının “Bizim İdman” verilişində bildirib. “Sonuncu dəfə Azərbaycan millisinin heyətində 2020-ci ildə Sofiyada keçirilən Olimpiadanın lisenziyalı turnirində çıxış etmişəm. Bu turnirdən sonra zədələrin müalicəsi ilə məşğul olmuşam.
İndi xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək istəyirəm. Başa düşürəm ki, indi 77 kq-da millinin lideri Sənan Süleymanovdur və məşqçilər mənimlə hesablaşmırlar. Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm. Avropa və Asiyanın bir neçə ölkəsi məni öz milli komandalarında döyüşməyə dəvət etdi. Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar