Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hava limanına Ronaldonun adı verildi - FOTO

Tarix: 29-03-2017 23:24     Baxış: 4265 A- / A+
Hava limanına Ronaldonun adı verildi

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adı doğulduğu Madeyra adasındakı beynəlxalq aeroporta verilib.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən mərasimdə Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa, Baş nazir Antonio Kosta, Madeyra muxtar bölgəsinin rəhbəri Migel Albukerke və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş iştirak ediblər.

Portuqaliya Prezidenti çıxışında 32 yaşlı şəxsin adının hava limanına verilməsinin riskli, amma cəsur addım olduğunu vurğulayaraq deyib: “Ronaldo dünyada əcnəbilərin və milyonlarla portuqaliyalının sevdiyi futbolçudur. O, dünyanın ən yaxşı futbolçusu, Portuqaliya millisinin kapitanı kimi mükəmməllik nümunəsidir. Bu, bizi çox qürurlandırır. Madeyranın və Portuqaliyanın ona inamı tamdır”.

Ronaldo Madeyra adasındakı Funçal bölgəsində doğulub. O, yeganə gəlir mənbəyi turizm olan bu bölgənin inkişafına fəal dəstək verir. Adada beşulduzlu oteli və şəxsi uğurlarının nümayiş etdirildiyi muzeyi olan ulduz futbolçu ötən il Madeyrada baş verən yanğından sonra bölgəyə xeyli məbləğdə yardım göstərmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar