Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Abramoviçin “Çelsi” ilə bağlı hiyləgər planı

Tarix: 05-05-2022 19:32     Baxış: 4224 A- / A+

Roman Abramoviç "Çelsi"nin gələcəyini sual altına qoyub.
Manevr.az-ın xəbərinə görə, əvvəllər klubun satışından əldə edilən bütün pulları Ukrayna müharibəsi qurbanlarına verəcəyini vəd edən rusiyalı oliqarx, deyəsən, fikrini dəyişib və vəsaiti özündə saxlamaq qərarına gəlib.
Britaniya hökuməti rusiyalının kluba verdiyi 1,5 milyard funt-sterlinqlik borcunu almaq cəhdlərindən xəbər tutub. Eyni zamanda, Roman Abramoviçin heç bir gəlir əldə etməyəcəyinə tam əmin olmasalar, ölkə rəhbərliyinin komandanın satılmasına imkan verməyəcəyi də göz qabağındadır.
Xatırladaq ki, rusiyalı oliqarxlara qarşı sanksiyalardan sonra futbol komandasının satışı ilə Abramoviçin təyin etdiyi "Raine Group" investisiya bankı məşğul olur. Aktivin kimə veriləcəyi ilə bağlı son sözü məhz bu struktur verəcək.
Ancaq Abramoviç fırıldaq etmək qərarına gəlib və indi o, maliyyə strukturundan 1,5 milyard funt sterlinq sövdələşmə tələb edir. Oliqarxın verdiyi məlumata görə, o, Fordstam Limited vasitəsilə "Çelsi"yə məhz bu qədər sərmayə qoyub.
Eyni zamanda, futbol klubunun fəaliyyət göstərməsi üçün dövlət lisenziyasının müddəti mayın 31-də başa çatır və həmin vaxta qədər komanda yeni sahibi əldə etməsə, fəaliyyətini dayandıra bilər.
Onu da qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 8-də toplanaraq yeni mövsümün iştirakçılarını müəyyənləşdirəcək. Orada "Çelsi"yə yer olub-olmayacağı hələ məlum deyil.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar