Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azad olunmuş ərazidə keçiriləcək beynəlxalq yarışın ilk qonaqları Bakıda

Tarix: 03-05-2022 19:13     Baxış: 3285 A- / A+
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatasının başlamasına 2 gün qalıb.
Manevr.az-ın məlumatına görə, artıq iştirakçı ölkələrdən Özbəkistan komandası Bakıya gəlib. Günorta saatlarında Azərbaycan paytaxtına təşrif buyuran qonaqlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Özbəkistan komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.
Qeyd edək ki, Özbəkistan "Prezident kuboku"nda 5 idmançı ilə mübarizə aparacaq. Yarış 2 gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar