Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

11 yaşlı Atilla Zurufçu Tükiyədə keçirilən IV Beynəlxalq uşaq musiqi müsabiqəsində xüsusi diploma layiq görülmüşdür -ŞƏKİLLƏR

Tarix: 24-04-2022 18:39     Baxış: 4578 A- / A+

Atilla sevimli, unudulmaz atasının – Azərbaycanın dünya şöhrətli görkəmli sənətkarı Yaqub Zurufçunun adına layiq oğul kimi böyüyür. O, Bakı Atatürk Liseyinin 5-ci sinif şagirdidir, fortepiano sinfində oxuyur.
Musiqi ilə hələ kiçik yaşlarından “dostlaşıb”. İlk müəllimi isə təbii ki, atası Yaqub bəy olub. Hələ beşikdə ikən anası ona layla çalıb, atası isə onun başı üstündə həzin nəğmələr, uşaq mahnıları oxuyub. Azərbaycanın böyük, sevilən sənətkarının ailəsində, musiqi aləmində böyüyən Atilla meylini fortepianoya salıb. Yaqub bəy onun 4-5 yaşında ikən pianonu necə həvəslə dilləndirdiyini görərək, musiqi duyumunu və istedadını hiss edərək, onu təhsil alması üçün Bakı Atatürk Liseyinə qoyub. Və balaca Atilla atasının ona olan inamını, ümidini doğrultmağa çalışır. O, bu gün həm dərs, həm də musiqi əlaçısıdır. 
Atası ilə birgə son illərdə respublikamızın bir-çox şəhər və rayonlarını gəzib-seyr edən Atilla 10-dan artıq video-reportajlarda aparıcılıq edib, öz yaşıdlarına Qarabağımızın mədəniyyəti, respublikamızın tarixi-mədəni abidələri haqqında ilkin məlumatlar verib, uşaqlara yurdumuzu daha çox sevdirməyə çalışıb. Təbii ki, bu mühüm işlərdə ona xalqımızın böyük, vətənpərvər oğlu Yaqub Zurufçunun şəksiz dəstəyi olub. Ancaq atası tərəfindən hələ lap erkən uşaqlıqdan ona aşıladığı Vətən sevgisi və istedadı da video-reportajların hazırlanmasında mühüm amillər olub. 
Hələ yaşı az olsa da, hiss olunur ki, Atillanın irsi, atadankeçmə gözəl səsi də var. Təsadüfi deyil ki, o, 20-29 mart taixlərində Tükiyədə keçirilən IV Beynəlxalq uşaq musiqi müsabiqəsində yaşıdı Günay Quluzadə ilə birgə oxuduğu duetə görə xüsusi diploma layiq görülmüşdür. Yaxşı mütaliəsinə, bədii qiraət bacarığına və aparıcılıq qabiliyyətinə görə isə martın 29-da pespublika Təhsil Naziliyinin keçirtdiyi 1-ci Uşaq Kitab Festivalı çərçivəsində “Düşünən oxucu” müsabiqəsinin qalibi olmuş, diplom və qiymətli hədiyyələrlə, həmçinin noutbukla təltif edilmişdir. 
Aprelin 23-ü Türkiyədə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyinin elan edildiyi, Milli Suverenlik və Uşaq Bayramının keçirildiyi gündə də o, 30 illik yubileyini qeyd edən Bakı Atatürk Liseyində fəallıqla iştirak etmiş, aparıcı kimi tədbirin uğurlu keçməsinə öz töhfəsini vermiş, sonda isə litsey yoldaşları ilə birgə qürurla və şövqlə, Vətənə böyük məhəbbətlə Azərbaycan Dövlət Himnini oxumuşdur.
Sənə təhsilində və musiqi sənətində daha böyük uğurlar arzulayırıq, əziz bala Atilla – görkəmli, unudulmaz sənətkarımızın sevimli yadigarı! 

Rəhman ORXAN.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar