Xəbər lenti
"Azəriqaz" əməkdaşına kəllə vuran tutuldu
Döyülən əməkdaş
"Azəriqaz" əməkdaşı Bakıda döyülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, aprelin 5-də saat 16.30-da "Azəriqaz" İstehsalat Birliyində çilingər işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib:
"O, Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib.
Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə baş zərbəsi endirib.
Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət alıb. O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.
A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi rayon Polis İdarəsi əməkdaşları saxlayaaraq İstintaq şöbəsinə təhvil verib və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar