Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda polis restoranın qarşısında arvadını döydü

Tarix: 06-04-2022 09:50     Baxış: 3242 A- / A+
Bakıda polis arvadını restoranın qarşısında döydüyünə görə işdən çıxarıldı

Bakıda keçmiş polis əməkdaşı arvadını restoranın qarşısında döyüb.
Manevr.az məlumatına görə, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.
İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, polis serjantı olmuş V.M (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M-in burunu sınıb.
Hadisədən sonra qadının şikayəti əsasında V.M saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə V.M 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
Qeyd edək ki, polis nəfəri olmuş V.M hadisədən sonra işdən azad olunub."report”


Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar