Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov xəbər saytlarını məhkəmə verib.
“Pravda.az”, “Azsiyaset.com” və “Baku.WS” xəbər portalı ilə bağlı Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub.
Eldar İsmayılov iddia edir ki, xəbər saytlarında onun haqqında dərc edilən “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlıqlı yazı şərəf və ləyaqətinə toxunub.
O, jurnalistlər barəsində Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri üzrə tədbir görülməsini istəyir. Həmin maddələr üzrə: 147.2-ci maddə – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddə üzrə: Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İş hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 7-nə təyin edilib.
Redaksiya: İddia ərizəsində Pravda.az-ın ilkin mənbə kimi göstərilməsi yanlışlıqdır, həmin yazı istinadla verilib. Eyni zamanda, E.İsmayılovdan redaksiyamıza hər hansı təkzib xarakterli material daxil olmayıb, təzkib üçün həmişə qarşı tərəfin haqqını tanımışıq. /Pravda.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar