Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda uçan binada ölən və yaralananların kimliyi bilindi

Tarix: 31-03-2022 20:02     Baxış: 4272 A- / A+


Xəbər verildiyi kimi, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Həlak olan şəxslər:
- 2000-ci il təvəllüdlü Qadir Süleymanov,
- 1972-ci il təvəllüdlü Həsən Əliyev,
- 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,
- 1988-ci il təvəllüdlü Asəf Rüstəmov.
Xəsarət alan şəxs:
- 1996-cı il təvəllüdlü Alı Əliyev.
Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar