Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qızları Antalyada fahişəliyə məcbur edən qadın HƏBS EDİLDİ

Tarix: 30-03-2022 16:58     Baxış: 4207 A- / A+
Azərbaycanlı qızları Antalyada fahişəliyə məcbur edən qadın HƏBS EDİLDİ
Azərbaycanlı qızları Türkiyədə cinsi istismara məruz qoyan qadına hökm oxunub.
Manevr.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, Həsənova Ülviyyə Surxay qızı saxlanılıb. Onun Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Antalya şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1 (insane alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə),144-1.2.2 (təkrar törədildikdə), 144-1.2.4-1 (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə ) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə cinayət işi başlanılıb.
İş üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib. Həsənova Ülviyyə Surxay qızı Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 8 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar