Xəbər lenti
Azərbaycanda maskalılar ZƏRGƏRLİK MAĞAZASINA basqın etdi

Bu gün saat 17:30 radələrində Göyçay şəhərinin mərkəzindəki M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibkar Cəbrayıl Abakarova məxsus "Yaqut" adlı qızıl və gümüş əşyaların satışı mağazasına daxil olan iki nəfər maskalı şəxs oradan təxminən dəyəri 60 min manat olan qızıl-zinyət əşyalarını oğurlayaraq qaçıb.
Məlumata görə oğrular qızıl mağazasının sahibi və satıcısı olan Cəbrayıl Abakarovu izləyiblər, onun qonşu mağazaya keçməsindən istifadə edərək dərhal içəri daxil olublar.
Satıcı 5 dəqiqə sonra geri qayıdarkən üzlərinə maska keçirmiş iki nəfər naməlum şəxslə qarşılaşıb, onlar əlindəki tapança ilə Cəbrayıl Abakarovu qorxudaraq mağazadan çıxıblar. Onların küçədə hərəsinin bir istiqamətə qaçdığı deyilir.
Hadisə yerinə dərhal polis əməkdaşları gəlib, hazırda həmin naməlum şəxslərin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov faktı təsdiqləyib, hazırda istintaq tədbirlərinin davam etdirildiyini, hadisə ilə bağlı mətbuata əlavə məlumat veriləcəyini bildirib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar