Xəbər lenti
Sevgilisi Van Damın bacısını oxlovla döydü

Məşhur aktyor Jan-Klod Van Damın bacısı Veronika van Varenberq sosial şəbəkədə Frederiklə tanış olduqdan sonra həyatı dəyişib.
Manevr.az lent.az-a istinadla xəbərinə görə, bir müddət hər şey yaxşı getsə də, Veronika hiss edib ki, Frederiki yalnız pul və Jan-Klodun məşhurluğu maraqlandırır. Buna görə də münasibətlərə son qoymaq qərarına gəlib. Təbii ki, Frederik bununla razılaşmayıb.
2017-ci il martın 17-də Frederik əşyalarını götürmək üçün Veronika gilə gəlib. Mübahisə zamanı Frederik aktyorun bacısını oxlovla döyüb. Zərbənin gücündən oxlov sınıb, qadının üz-gözü qana bulaşıb. Frederik qadını həkimə gətirib.
Polisə ifadəsində yıxıldığını bildirən qadın evə gəldikdə 30 000 avronun yoxa çıxdığını görüb. Lakin qadın o vaxt sevgilisindən şikayət etməyib, bir il sonra məhkəməyə müraciət edib.
Ötən gün keçirilən hazırlıq iclasında Frederik iştirak etməyib. Onu 6 ilədək həbs gözləyir. Məhkəmə hökmünü aprelin 28-də elan edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































