Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Goranboyda iş adamı arvadını uşaq üstündə öldürübmüş - Təfərrüat

Tarix: 25-03-2022 20:51     Baxış: 3220 A- / A+
Goranboyda arvadını maşınla əzib daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun qətli nəyə görə törətdiyi ilə bağlı təfərrüat məlum olub.

Manevr.az trend-ə istinadən xəbər verir ki, hadisə uşaq üstündə baş verib.

Cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılıb, lakin rəsmi boşanmayıb. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.

Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.

Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib. Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb.

Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi “Land Rover” markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O, Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O, avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.

Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar