Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

141 kilo heroinlə saxlanılan şəxs terrorçu çıxdı - Azərbaycanda

Tarix: 23-08-2016 15:54     Baxış: 2524 A- / A+
141 kilo heroinlə saxlanılan şəxs terrorçu çıxdı


Azərbaycanda 141 kiloqram heroinlə saxlanılan Tacikistan vətəndaşı İsmayılov Muxameddin ölkəsində qadağan edilən ekstremist və terrorçu İslam Dirçəliş Partiyasının üzvü olduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tacikistan DİN mətbuat xidməti məlumat verib..

Məlumata görə, İsmayılov 3 ay əvvəl İrana gedib və beynəlxalq avtomobil şirkətlərindən birində işə düzəlib. İrandan narkotik gətirərək onu Azərbaycanda 3 milyon dollara satmaq istəyib.

Qeyd edək ki, avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilmiş və narkotik vasitə aşkarlanmışdı.

Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirmişdi.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar